fərdi identifikasiya nömrəsi

Dövlət Reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod

fərdi hesabın yığım hissəsi
fərdi profilaktik iş
OBASTAN VİKİ
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
İdentifikasiya
İdentifikasiya bu mənaları ifadə edə bilər:
İdentifikasiya (biologiya)
İdentifikasiya (ing. identification) - istifadəçiyə (şəxsə) (və ya müəyyən istifadəçinin (şəxsin) adından fəaliyyət göstərən prosesə) özünü adlandırmağa (öz adını bildirməyə) imkan verir.
BMT nömrəsi
BMT nömrəsi və ya BMT nömrələri təhlükəli hesab edilə bilinən bir materialın daşınması tələb olunan zaman beynəlxalq karqo və aviaşirkət şirkətlərinin sizdən tələb edəcəyi nömrələrə verilən addır. BMT nömrəsi kommersiya əhəmiyyəti olan təhlükəli məhsulların və ya maddələrin (partlayıcı, zəhərli, yoluxucu və s.) müəyyənləşdirilməsinə imkan verən dörd rəqəmli rəqəmlərdir. Bu nömrələmə sistemindən beynəlxalq ticarətdə istifadə olunur.
Bina nömrəsi
Bina nömrəsi — tikililərə verilən sıralanma qaydası. Bina nömrəsi — ünvan sisteminin tərkib hissəsi, binanın fərdiləşdirilməsi. Bina nömrəsi bir qayda olaraq sıra və ya digər bir qayda ilə binaya verilən saydır. Bir qayda olaraq sıra sayı küçənin başlanğıcından verilir. Bəzi ölkələrdə nömrəyə hərf də əlavə edilir. == Avstraliya == Avstraliyanın kənd yerlərində nömrələnmə küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur..
Versiya nömrəsi
Versiya nömrəsi (version number) – müəyyən mərhələdə konkret proqram təminatını identifikasiya etmək üçün onu hazırlayan tərəfindən təyin olunan nömrə. Versiya nömrələrindən həm proqramın buraxılışından öncə, həm də sonra istifadə olunur, ancaq buraxılışdan öncə verilmiş nömrələrin yalnız hazırlanma və testləmə mərhələsində dəyəri olur. Ümumiyyətlə, versiya nömrələri addan onluq nöqtə ilə ayrılır. Proqramdakı dəyişiklikləri, modifikasiyaları, düzəlişləri bildirən ardıcıl buraxılışlar daha yüksək versiya nömrəsinə malik olur. Proqramdakı başlıca dəyişikliklər, adətən, versiya nömrəsində önəmli dəyişikliklə qeyd olunur, məsələn, versiya 3.3 və versiya 4.0; cüzi dəyişikliklər isə versiya nömrəsində kiçik dəyişikliklərlə göstərilir, məsələn, 4.01, yaxud 4.1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Telefon nömrəsi
Telefon nömrəsi — telefon xəttinə, radio telefon kimi simsiz elektron telefoniya cihazına, mobil telefona, ictimai telefon şəbəkəsi (PSTN) vasitəsilə verilənlərin ötürülməsi üçün digər cihazlara və ya digər ictimai və özəl şəbəkələrə qoşulmuş stasionar telefon abunəçi stansiyasına təyin edilmiş rəqəmlər ardıcıllığı. Telefon nömrəsi təyinat kodu marşrutlaşdırma sistemindən istifadə edərək telefon zənglərini dəyişdirmək üçün bir ünvan kimi xidmət edir. Telefon nömrələri abunəçilərə milli və ya regional telefon nömrələmə planı çərçivəsində kommersiya qurumları, dövlətin nəzarətində olan qurumlar və ya digər telekommunikasiya sənayesi birlikləri ola biləcək telefon xidməti operatorları tərəfindən verilir. Telefon nömrələri adətən xüsusi telefon xidməti xüsusiyyətlərini işə salmaq üçün şaquli xidmət kodları kimi digər siqnal kodu ardıcıllığı ilə birlikdə yığılır. Vahid Nömrə Satış Sistemi mobil nömrələrin mərkəzləşdirilmiş və sistematik şəkildə satılmasına imkan verən bir sistemdir. Bu sistem mobil nömrə satışı zamanı ərizəçiyə aid məlumatların informasiya sistemləri aracılığı ilə operatorların və Azərbaycan nümunəsində "AzInTelecom"un məlumat bazasına onlayn şəkildə daxil edilməsi ilə əhatə olunur. Vahid Nömrə Satış Sisteminin faydaları arasında informasiya mübadiləsinin sistem üzərində həyata keçirilməsi, mobil operatorların abunəçi bazalarının FİN koduna uyğunlaşdırılması, vətəndaşlara dövlət qurumlarının bildirişlərinin göndərilməsi (məsələn, məhkəmə bildirişi, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, bank borcları, kommunal ödənişlər, rabitə borcları, cərimələr və s. daxil olmaqla) və istənilən portalda qeydiyyat zamanı mobil nömrəyə aid olmayan və ya qrammatik səhvlərdən yarana biləcək problemlərin aradan qalxarılması var. Beynəlxalq telefon kodları IP ünvanı ITU-T Recommendation E.123: Notation for national and international telephone numbers, e-mail addresses and Web addresses RFC 3966 The tel: URI for telephone numbers History of UK dialing codes, with lists of codes and more links World Telephone Numbering Guide which can be used to look up telephone numbering information ITU National Numbering Plans which links to the numbering plans of individual countries.
Fərdi Qurbanov
Fərdi bankçılıq
Fərdi bankçılıq — imkanlı şəxslər üçün müştərinin pulu ilə əməliyyatların həyata keçirilməsini, onun sərvətinin qorunmasını və artırılmasını nəzərdə tutan bank xidməti. İngilis dilli ölkələrdə bu, sərvətlərin idarə edilməsi, yəni özəl kapitalın idarə edilməsi kimi də tanınır. Çox vaxt özəl bankçılıq, investisiya və məsləhət xidmətlərini əhatə edir. Bank depozitləri müxtəlif yollarla gəlir gətirə bilər. Onlardan ən sadəsi kapital qoyulmadıqda və yalnız illik faiz toplamaqla artım əldə edildikdə “faizlə yaşamaq”dır. Başqa bir seçim fərdi proqram çərçivəsində müxtəlif aktivlərə investisiya qoymaqdır. Genişləndirilmiş xidmətlər üçün müxtəlif variantlar var və müştərinin bank hesabına xidmət göstərilməsi ilə bağlı xidmətlər dəsti hər bir müştəri üçün fərdi olaraq seçilir. PricewaterhouseCoopers (PWC) şirkətinin məlumatına görə, Rusiyanın özəl bank bazarının həcmi 10-12 milyard dolları ötməyib, rus zənginlərinin isə təxminən 300-400 milyard dollarlıq “pulsuz” pulları var idi.Merrill Lynch-ə görə, 44 “dollar” milyarder və 88 min dollarlıq milyonerlər. Eyni zamanda, PWC-nin məlumatına görə, varlı müştərilər Rusiya banklarında və idarəetmə şirkətlərində (MC) 10 000-dən çox olmayan hesab açıblar. Beləliklə, məlum olur ki, özəl bank xidmətləri bazarının potensial Rusiya müştərilərinin 10%-dən çoxu bank xidmətləri ilə əhatə olunmayıb.
Fərdi birlik
Şəxsi birlik, sərhədləri, qanunları və maraqları fərqli olaraq qalarkən eyni monarxa malik olan iki və ya daha çox dövlətin toplusudur. Həqiqi birlik, şəxsi birliyin əksinə, müəyyən dərəcədə bir-biri ilə əlaqəli olan təsisçi dövlətləri, məsələn, bəzi məhdud hökumət institutlarını bölüşdürməklə əhatə edərdi. Şəxsi birlikdən fərqli olaraq, federasiya və unitar dövlətdə bütün üzv dövlətləri əhatə edən mərkəzi (federal) hökumət mövcuddur və özünüidarəetmə dərəcəsi ikisini fərqləndirir. Şəxsi birlikdə hökmdarın irsi monarx olmasına ehtiyac yoxdur. Termini ilk dəfə alman hüquqşünası İohann Stefan Pütter 1760-cı ildə Elementa Iuris Publici Germanici (Alman Dövlət Qanununun Elementləri) kitabına daxil edərək istifadə etmişdir. Şəxsi birliklər bir neçə səbəbə görə yarana bilər, məsələn: Sülalə birliyi, miras və s. vasitəsilə. Məsələn, Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildən Layzanşah olmağına baxmayaraq, öz əmisinəvəsi Əli ibn Heysəmin ölümü ilə həm də Şirvanşah olmuşdu. Fransalı X Lüdovik Fransanı atasından, Navarranı isə anasından miras aldı Dekolonizasiya vasitəsilə. Bəzi keçmiş koloniyalar müstəqil olduqdan sonra keçmiş müstəmləkəçi gücün monarxını özlərininki kimi saxlayırlar.
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Fərdi yetişkənlik
Fərdi yetişkənlik — orqanizmin çoxalmaya hazır olması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Əsğər Fərdi
Əsğər Fərdi – şair, yazıçı. İranın "Səhər" telekanalının əməkdaşı, Əsğər Fərdi 1963-cü il noyabrın 19-da Təbriz şəhərində dünyaya gəlmişdir. Uşaq ikən Təbrizdə Azərbaycanın böyük şairlərilə taniş olub onlardan ədəbi incəlikər və ədəbiyyat tarixi və klassiklərin əsərlərini öyrənmişdir. 11 yaşında Azərbaycanin milli şairi Mir Mehdi Etimad Natiqi, Abbas Bariz, Yəhya Şeyda, Cavad Azar, Ustad seyid Məhəmməd Hüseyn Şəhriyar və … kimi şairlər və Qulam hüseyn Saidi, Rza Bərahəni, Rəhim Rəyisniya, Qulamhüseyn Fə rnud kimi yazıçılarla yaxından tanış olmuşdur. Yeni üsul tahsil sistemini dəvam etməklə eyni zamanda dini mədrəsədə ərəb ədəbiyyatının müqəddimatı və fiqh elmi təhsilinidə sürdürmüşdür.[mənbə göstərin] O islam əlifbasını və Quran oxumasını anası Hmidə xanım Hicazi dən örənməyə başlayaraq digər müxtəlif elm sahələrində Təbrizdə və Tehranda yaşayan dövrü alimlərdən istifadə etmişdir. Xəttatlıq sənanətini mərhumlar Hacı mirzə Həsən və mirzə Hüseyn Heisinin yanında meşq etmeklə öyrənmişdir. Azərbaycan musiqisinin muğamlarını və guşələrini əli ağa Səlimidən və iran musiqi dəstgahları və guşələrini Ağa Qulamhüseyn Bəycəxani və Hacı Qulamrza Qeytançı dan öyrənmişdir.[mənbə göstərin] Mətnşünaslığı Mirzə Cəfər Sultan ul qurrai dən, Məntiq və Fəlsəfəni Mirzə Böyük ağa ədib ül üləma dan, klassik ərəb ədabiyatını Ustad seyid Həsən Qazi Təbatəbai dən, Qərb fəlsəfəsini Dr. əbdülkərim Suruş dan, Nəhc ül bəlağə – Mövlana Cəlaləddin Ruminin məsnvisini əllamə Şeyx Məhəmməd Tağı Cə`fəri dən, Muasir Iran – Rus – Fransa ədəbiyyat tarixini Yəhya Mirzə Aryənpurdan, Nizami Gəncəvi və Xaqani şirvaninin irsini Cavad ağa Azər dan, Azərbaycan folkloru və klassik ədəbiyyatını Yəhya Şeyda dan, Dilçiliyi (Linqvistika) Dr. Həmid Nıtqi den, muasir Fars dilli publisistikani Şems Aləhməd dən, Piyes və sennari yazmaq üsullarını Qulamhüseyn Saidi dən, Rejissorluğu möhsün Məxmlbaf dan, senedli film montajını Məhərrəm Zeynalzadə dən, Fransız dillinin müqəddimatını – Quran i kərim – Hafiz – Sə`di və badi` Qafiyə – Şeir incəlikləri və bir çox elmi və ədəbi məsələri Ustad Şəheiyar dan öyrenmişdir.[mənbə göstərin] Həmin yeni yetmə yaşlarında siyasi cərəyanlarla irtibata keçib dəfələrlə həbs edilmişdir. Uzun illər ictimai haqlardan məhrum yaşamışdır.
Fərdi kompüter
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
Avtomatik identifikasiya sistemi
Avtomatik identifikasiya sistemi (AİS) — gəmilərdə və gəmiçilikdə istifadə olunan avtomatik izləmə sistemidir (VTS). == Haqqında == Peyklər AIS imzalarını aşkar etmək üçün istifadə edildikdə "Satellite-AIS" (S-AIS) termini istifadə olunur. AIS məlumatı dəniz nəqliyyatı radarını tamamlayır ki, bu da su nəqliyyatında başlıca toqquşmanın qarşısını alma üsuludur. Unikal identifikasiya, mövqe, başlıq və sürət kimi AIS avadanlıqları tərəfindən təqdim edilən məlumat ekranda və ya ECDIS-də göstərilə bilər. AIS gəmi mühafizə zabitlərinə yardım etmək üçün hazırlanmış və dəniz səlahiyyətlilərinin gəmilərin hərəkətini nəzarət etməsinə və nəzarət etməsinə imkan yaradır. AIS, standart bir VHF alıcı-ötürücülüyünü bir GPS alıcısı kimi bir sistemi ilə birləşdirir. AIS alıcı vericiləri ilə təchiz edilmiş gəmilər sahil boyunca yerləşən AIS baza stansiyaları və ya çox sayda imza atmağı mümkün edən xüsusi AIS alıcıları ilə təchiz olunmuş sayının artması sayəsində yerüstü şəbəkələrin əhatə dairəsindən kənarda izlənilə bilər. Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi və Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiya AIS-in bütün sərnişin gəmilərinin ölçüsündən asılı olmayaraq beynəlxalq gəmilərdə quraşdırılmasını tələb edir.
CAS Qeydiyyat Nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
Sətir nömrəsi (informatika)
Sətir nömrəsi (ing. line number) – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Subyektin özünüidarəetmə identifikasiya kodu
Subyektin özünüidarəetmə identifikasiya kodu (alm. Amtlicher Gemeindeschlüssel‎) — bəzi ölkələrdə (Almaniya, Avstriya, İsveçrə) şəxsi idarəetmə subyektin birmənalı şəkildə müəyyənləşdirmək üçün istifadə olunan rəqəmsal ardıcıllıq. Regionları müəyyənləşdirmək üçün istifadə olunan digər sistemlər də mövcüddur (poçt indeksi, NUTS). Almaniyada identifikasiya kodları əsasən statistik məqsədlər üçün istifadə edilir və dövlətin statistik orqanları onları vermək üçün məsuliyyət daşıyırlar. Almaniyada identifikasiya kodu 8 rəqəmdən ibarətdir. İlk İki rəqəmi torpaq, üçüncüsü — inzibati rayon. İnzibati rayonlar olmadığı torpaqlarda üçüncü rəqəm 0 təşkil edir. Dördüncü və beşinci rəqəmlər rayonun və ya şəhərin torpaq tətərfdən idarə edilməsinin, altıncı, yeddinci və səkkizinci — yerli hökumətin aktual subyektini özünüidarəetməni göstərir. 08 1 11 000 — Ştutqart 08 — Baden-Vürtemberq torpağı 1 — Ştutqart inzibati rayonu 11 — Ştutqart torpaq tabeliyində olan şəhəri 000 — (torpaq tabeliyində olan bir şəhər olaraq, Ştutqartda daha bir bölmə yoxdur) Federativ dövlətlər şimaldan cənuba (1-9), Almaniyanın Federativ Respublikasına (10) və əlifba sırasına (11-16) qoşulma xronoloji qaydada verilir. 01: Şlezviq-Qoltşteyn 02: Qamburq 03: Aşağı Saksoniya 04: Bremen 05: Şimali Reyn — Vestfaliya 06: Qessen 07: Reynland-Pfalts 08: Baden-Vürtermberq 09: Bavariya 10: Saar 11: Berlin 12: Branderburq 13: МMeklenburq — Pomeraniya 14: Saksoniya 15: Saksoniya-Anxalt 16: Türinqiya Almaniyanın Statistika İdarəsi (alm.) Avstriyanın identifikasiya kodu 5 rəqəmdən ibarətdir.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Beynəlxalq Standart Seriya Nömrəsi
ISSN — Beynəlxalq Standart Seriya Nömrəsi. Mərkəzi Fransanın Paris şəhərindədir. ISSN (International Standard Serial Number) – dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
CAS-da qeydiyyat nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilmişdir. == Verilməsi == Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir. == Təqaüdçülər == Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 manat məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir. 2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir. == Maraqlı faktlar == Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı Əkrəm Əylisli, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 fevral tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir. Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (ing. Individual Partnership Action Plans; IPAP) — NATO ilə müxtəlif ölkələr arasında hazırlanmış, hər iki tərəf arasında dialoq və əməkdaşlıq üçün kommunikasiyanın məqsədlərini və çərçivəsini müəyyən edən planlar. NATO FTüƏP təşəbbüsünü 2002-ci ildə Praqa Sammitində irəli sürmüşdür. == İştirak == Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı aşağıdakı ölkələrdə tətbiq olunur: Gürcüstan (29 oktyabr 2004) Azərbaycan (27 may 2005) Ermənistan (16 dekabr 2005) Qazaxıstan (31 yanvar 2006) Moldova (19 may 2006) Bosniya və Herseqovina (10 sentyabr 2008) Serbiya (15 yanvar 2015) Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan və Serbiya hazırda NATO-ya üzv olmaq niyyətində olmadıqlarını bildirsələr də, onların hamısı NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edirlər. Gürcüstan və Ukrayna hazırda NATO-ya üzvlük üçün intensivləşdirilmiş dialoqdan keçir, Bosniya və Herseqovinanın isə Üzvlük Fəaliyyət Planı var və NATO-ya daxil olmaq üçün fəal çalışır.
Kosmos: fərdi səyahət (film, 1980)
Kоsmos: fərdi səyahət (ing. Cosmos: A Personal Voyage) — Каrl Saqan, Enn Druyn və Stiven Soter tərəfindən yazılmış və Saqanın aparıcılığı ilə çəkilmiş sənədli filmdir. Serial həyatın yaranışından insanın kainatdaki yerinə kimi müxtəlif elmi mövzulara həsr edilmiş 13 epizoddan ibarətdir. 1980-ci ildə ilkin serial "PBS" kanalında yayınlaşmışdır. Seriala elavə olaraq "Коsmos" (1980) adlı kitabı buraxmışdır. 1989-cu ildə serialın yayın hüquqları Turner Home Entertainment kanalı tərəfindən alınır.